[27.05.2006]
Mayın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclaslı keçirilmişdir.
Əvvəlcə Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə 13 may 2006-cı ildə keçirilmiş təkrar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən aparılmış yoxlamaların yekunlarına dair məsələ müzakirəyə çıxarılmşıdır. Bu məsələ barədə məlumat verən MSK katibi Natiq Məmədov bildirmişdir ki, dairə və məntəqə seçki komissiyalarının yekun protokolları və digər seçki sənədləri, eləcə də Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər qanunda nəzərdə tutlulmuş müddətdə araşdırılmış və araşdırmalar nəticəsində bəlli olmuşdur ki, 103 saylı seçki dairəsinin 3 saylı, 110 saylı Zaqatala seçki dairəsinin 14 saylı və 119 saylı Ağdam kənd seçki dairəsinin 10 və 37 saylı seçki mənətəqələri üzrə səsvermənin nəticələrinə dair protokollar qanunun tələblərinə uyğun tərtib edilməmiş, habelə yol verilən qanun pozuntuları seçicilərin iradəsinini müəyyənləşirməyə imkan verməmişdir. Məruzəçinin təklifi ilə adı çəkilən mənətəqələrdə nəticələr etibarsız hesab edilmişdir.
Sonra Milli Məclisə təkrar seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyaları protokollarının onlara əlavə edilən sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxılmışdır. Bu məsələylə bağlı məlumat verən MSK sədri Məzahir Pənahov qeyd etmişdir ki, 13 may 2006-cı ildə demokratik və ədalətli seçki keçirilmişdir. Seçki komissiyaları üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmişlər. Demokratik seçkilərin keçirilməsi üçün qanunverici bazanın vacibliyini qeyd edən Komissiya sədri Seçki Məcəlləsinin və cənab Prezidentin 11 may və 25 oktyabr 2005-ci il tarixli sərəncamlarının bu baxımdan müstəsna əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O, bundan əlavə ölkə rəhbərliyinini siyasi iradəsinin və sabitliyin demokratik seçkilərin keçirilməsi üçün əsas şərtlərdən olduğunu söyləmiş və bu sahədə attdığı addımlara görə dövlət başçısına minnətdarlığını bildirmişdir. MSK sədri seçkilərin keçirilməsi ilə bağlı yardımçı olmuş dövlət qurumlarına və kütləvi informasiya vasitələrinə də təşəkkür etmişdir. Mərkəzi Seçki Komissiyası təkrar seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi və dairə seçki komissiyaları protokollarının onlara əlavə edilmiş sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsini qərara alınmışdır.
MSK seçkilərin keçirilməsi ilə bağlı rəsmi sənədlərin saxlanılması haqqında məsələni də müzakirə etmiş və bu məsələylə əlaqədar hazırlanmış təlimat əsas kimi təsdiqləınmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[23.05.2006]
Mayın 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclaslı keçirilmişdir.
Əvvəlcə Komissiya üzvləri MSK-ya daxil olmiş müraciətlər barədə məlumat vermişlər. 4 məsələ ilə bağlı müraciətlərin ilkin araşdırma aparılması üçün aidiyyəti üzrə müvafiq dairə seçki komissiyalarına göndərilməsi qərara alınmışdır. MSK-ya daxil olmuş müraciətlərdən 1-i təmin edilməmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[19.05.2006]
Mayın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclaslı keçirilmişdir.
Əvvəlcə Komissiya üzvləri MSK-ya daxil olmuş müraciətlər barədə məlumat vermişlər. Müraciətlərdən 8-nin ilkin araşdırma aparılması üçün aidiyyəti üzrə müvafiq dairə seçki komissiyalarına, 3-nün isə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. MSK-ya daxil olmuş müraciətlərdən 2-si təmin edilməmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[16.05.2006]
Mayın 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclaslı keçirilmişdir.
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının sədri beynəlxalq müşahidə missiyalarının 13 may 2006-cı ildə keçirilmiş Milli Məclisə təkrar seçkilərlə bağlı verdikləri rəylərə toxunmuş və ümumilikdə onların müsbət olduğunu diqqətə çatdırmışdır. O, səsvermə günündən sonra Mərkəzi Seçki Komissiyasına 23 müraciətin daxil olduğunu bildirmiş və həmin müraciətlərdən bəzilərində vətəndaşlar tərəfindən seçkilərin qanunun tələblərinə uyğun keçirilməsi ilə bağlı minnətdarlıq ifadə edildiyini, bəzilərinin isə şikayət xarakterli olduğunu söyləmişdir.
Sonra Komissiya üzvləri MSK-ya daxil olmiş müraciətlər barədə məlumat vermişlər. Məlum olmuşdur ki, şikayət xarakterli müraciətlərdən bəzilərində konkret faktlar göstərilməmişdir. Ona görə də Mərkəzi Seçki Komissiyası üzvlərinin yekdil rəyi belə olmuşdur ki, həmin xarakterli müraciətlərin araşdırılması davam etdirilməlidir. Müraciətlərin bəzilərinin anonim olduğu aşkar edilmişdir. Müraciətlərdən 3-nün isə qanunun tələblərinə uyğun olaraq ilkin araşdırma aparılmasından ötrü aidiyyəti üzrə müvafiq dairə seçki komissiyasına göndərilməsi qərara alınmışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Müşahidə Missiyasının, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[13.05.2006]
Mayın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclasları keçirilmişdir.
Komissiiyanın iclaslarında Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə təkrar seçkilərin keçirilməsi vəziyyəti və MSK-ya daxil olmuş müraciətlər müzakirə edilmişdir. Milli Məclisinə təkrar seçkilərin keçirilməsi vəziyyəti ilə bağlı çıxış edən Komissiya üzvləri bildirmişlər ki, seçkilər qanunun tələblərinə uyğun keçirilib.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvləri daxil olmuş müraciətlərlə bağlı məlumat vermişlər. MSK müraciətlərdən 8-inin araşdırılmaq üçün aidiyyəti üzrə müvafiq dairə seçki komissiyalarına, 1-nin isə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi haqqında qərarlar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Müşahidə Missiyasının, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[05.05.2006]
Mayın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 25 aprel və 29 aprel 2006-cı il tarixli iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra MSK-nın üzvləri Mərkəzi Seçki Komissiyasına daxil olmuş şikayətlər barədə məlumat vermişlər. Müraciətlərdən 2-si ilkin araşdırma üçün aidiyyatı üzrə müvafiq dairə seçki komissiyalarına göndərilmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in müşahidə missiyasının, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti